REGİONLAR
Dövlət İmtahan Mərkəzi nəzarətçi müəllimlərin sertifikatlaşdırılması üçün imtahan keçirib
Gəncə, 6 fevral, Rauf Hacıyev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Gəncədə nəzarətçi müəllimlərin sertifikatlaşdırılması üçün imtahan keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zal nəzarətçilərinin sertifikatlaşdırılmasında əsas məqsəd imtahanların daha şəffaf idarə edilməsi və mənfi halların minimuma endirilməsidir.
Sertifikat əldə etmək üçün müraciət ünvanlayan 200 müəllimdən 140 nəfəri imtahanlarda iştirak edib. Onlardan 120-si uğurlu nəticə göstərərək növbəti imtahanlarda iştirak hüququ qazanıb. Məntiq və psixoloji test imtahanlarında uğur qazanan nəzarətçilər növbəti turda “ASAN xidmət” mərkəzində keçiriləcək təlimlərə qatılacaqlar. Sertifikat əldə edən nəzarətçi müəllimlər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bütün imtahan proseslərinə cəlb olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]