ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi “otk.az” portalında ali məktəblərə qəbul imtahanının ikinci mərhələsinə uyğun yeni sınaq imtahanı yerləşdirib

Bakı, 3 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə dəstək məqsədilə mütəmadi olaraq “otk.az” portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, “otk.az” portalına ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə (I, II, III və IV ixtisas qrupları üzrə) uyğun yeni №3 2021 sınaq imtahanı (Azərbaycan və rus bölmələri üçün) əlavə olunub. Abituriyentlər sınaq imtahanı verməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Onlayn sınaq imtahanı vermək istəyənlər “otk.az” portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az” portalının “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.