ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi təhsil işçilərini buraxılış imtahanlarındakı yeniliklər barədə məlumatlandırıb

Bakı, 30 oktyabr, AZƏRTAC 

Bakıda və Dövlət İmtahan Mərkəzinin (DİM) Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay regional bölmələrində 2018/2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar yerinə yetiriləcək işlərlə bağlı seminarlar keçirilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, seminarlarda bu qurumun əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə buraxılış imtahanlarındakı yeniliklər və bu yeniliklərlə əlaqədar “Şagird-məzun” sistemində edilmiş dəyişikliklər barədə ətraflı izahat verilib.

Görüşlərdə seminar iştirakçılarının sualları cavablandırılıb və görüləcək işlərin DİM-in təqvim planına uyğun olmasının vacibliyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.