ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb

Bakı, 2 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iyul ayında keçirilmiş imtahanlarda 67 min 778 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 491 min 208 olub. İyul ayı ərzində 2708 vətəndaş qəbul edilib. Çağrı Mərkəzi vasitəsilə 14 min 636, elektron poçt vasitəsilə 3 mindən artıq, sosial şəbəkələr vasitəsilə 5 minə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 6178 olub. Abituriyent məsləhət mərkəzlərinə müraciətlərin sayı 1000-i keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.