ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi ümumi müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib

Bakı, 8 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibəyə 6 dövlət orqanında mövcud olan 40 vakant vəzifə çıxarılıb. Ümumilikdə 89 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyəti ən çox İqtisadiyyat Nazirliyinin daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd) vəzifələri üzrə müşahidə olunub.

Müsahibələrin fevralın 14-22-də keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur. Bu, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.