ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi vakansiya elan edib

Bakı, 5 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi Təşkilat departamentində imtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektorunda məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müraciət etmək istəyən namizədlər ali təhsilli olmalıdır. İş stajına tələb yoxdur.

Namizədin kompüter biliklərinə dair tələblər: Desktop, veb və ya mobil tətbiq üzrə proqram təminatlarının tətbiqi və istismarı (C#, Java, React, PHP, AJAX, Javascript, HTML, CSS, Bootstrap, jQuery, MS Office), məlumat bazalarının yaradılması, aktuallaşdırılması və istifadəsi (MS SQL, MySQL, MS Access).

Xüsusi tələblər: Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı, veb və mobil tətbiqlərin yazılması və istismarı.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.

Vakansiya üçün müraciət etmək istəyənlər CV-ni 2021-ci il oktyabrın 25-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).

Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.