ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 3 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİM) rəhbərliyi arasında görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, DİM-in inzibati binasında keçirilən görüşdə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİA-nın rektoru Urxan Ələkbərov, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Elektron informasiya sistemləri şöbəsinin müdiri Sahib Mərdanov və böyük məsləhətçisi Mehman Mustafayev iştirak ediblər.

Görüşdə ali təhsil müəssisələrinə tələbə qəbulunun göstəriciləri və Dövlət Qulluqçuları Reyestrinin aparılması mövzusunda təqdimatlar nümayiş olunub.

Daha sonra tərəflər arasında əməkdaşlıq imkanları, qiymətləndirmə sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər müzakirə edilib və DİM tərəfindən hazırlanan təkliflər rektora təqdim edilib.

Qeyd edək ki, təqdimatdan öncə DİA rəhbərliyi DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.