ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçirəcək
Bakı, 24 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2018-ci il mayın 26-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Namizədlər mayın 25-i saat 18:00-dək “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, 16) götürməlidirlər.
İmtahan saat 11:00-da başlanır və Bakı şəhərində dörd binada təşkil olunacaq. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 148 nəzarətçi-müəllim cəlb ediləcək.
İmtahanda iştirak etmək üçün 1.520 namizəd qeydiyyatdan keçib.
İmtahanda namizədlərə hüquq və ixtisas (vergi) istiqamətləri üzrə ümumilikdə 200 test tapşırığı təqdim olunur.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.
İmtahan üç sааt dаvаm еdəcək. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.