ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi: yeni imtahan modelləri üzərində müzakirələr aparılır

Bakı, 24 avqust, AZƏRTAC

Hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) yeni imtahan modelləri üzərində müzakirələr aparır. Dəyişikliklərin, yeni modelin sentyabrda ictimaiyyətə təqdim olunacağı nəzərdə tutulur. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər. Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını söyləmək mümkün deyil. Müzakirələr bitdikdən və hüquqi normativ sənədlər hazırlandıqdan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək.

Bunu AZƏRTAC-a müsahibəsində DİM-in mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, DİM ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yenə də DİM tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.