ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində “GRE: General Test” imtahanı keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Dövlət İmtahan Mərkəzində (DİM) “GRE: General Test” imtahanı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 2 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə GRE Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.
Növbəti GRE imtahanının dekabrın 18-də keçirilməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmək qaydaları DİM-in saytında verilib.