ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində TKT imtahanı keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) TKT (Teaching Knowledge Test) imtahanı keçirilib. İmtahan DİM-in Akademik Həsən Əliyev 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 4 nəfər iştirak edib.
Xatırladaq ki, TKT Kembric ingilis dili üzrə tədris kvalifikasiyalarından biridir. Bu, ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edir. DİM-də “TKT Module 1”, “TKT Module 2”, “TKT Module 3”, “TKT Module YL” (Young Learners), “TKT Module CLIL (Content Language Integrated Learning)” modulları üzrə imtahanlar təşkil olunur.
CAE imtahanları barədə daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilib.
Qeyd edək ki, DİM “Cambridge Assessment English” (CAE) qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.