ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) mayın 18-də növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. TOEFL IBT imtahanı saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupundan olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

“PTE Academic” ingilis dili imtahanı isə saat 10:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 09:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün linkinə daxil olmaq lazımdır.

“PTE Academic” ingilis dili imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  linkində mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.