ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) sentyabrın 9-da TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub

DİM-dən AZƏRTAC-a bildirilib ki, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn öyrənə bilərlər.

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.

Növbəti TOEFL iBT imtahanının sentyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı linkdən əldə etmək olar: http://dim.gov.az/activities/exams/toefl/  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.