ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə hazırlıq kursu keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya fənni üzrə hazırlıq kursu keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ciddi karantin şəraitini nəzərə alaraq kurs onlayn qaydada keçirilib. Hazırlıq kursuna Lerik rayonunun Siyov kəndindən Şahin Sadıqov qoşulub. Məşğələni moderator Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova aparıb. Məşğələdə ölkənin təhsil sistemində aparılan islahatlar, fənn kurikulumunun mahiyyəti, strukturu, qəbul imtahanında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məruzə təqdim edilib. Təqdimatla bağlı Şahin Sadıqovun sualları cavablandırılıb.

Kursun növbəti məşğələsi qəbul imtahanlarının ikinci mərhələsində istifadə edilən qapalı, açıq tipli və cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanması və qiymətləndirilməsi mövzusuna həsr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.