ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, coğrafiya fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsinin davamı olub.

Riyaziyyat fənni üzrə gündəlik məsələ isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modelinin müzakirəsi olub.

Müzakirələr zamanı gündəlik məsələlərlə bağlı təkliflər verilib. Söylənilmiş təkliflər proqramların təkmilləşdirilməsində nəzərə alınıb.

Noyabrın 6-da müzakirələr davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.