ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir

Bakı, 13 oktyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək növbəti sınaq imtahanlarına qeydiyyat davam edir.

AZƏRTAC xəbər verir ki, AA, AB, AC, BA, BB qrupları üzrə oktyabrın 20-də keçiriləcək sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq. Bu gün saat 15:00-a olan məlumata əsasən, sınaq imtahanlarında iştirak etmək üçün 13 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.