ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində növbəti GRE: General Test imtahanı keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 29-da Dövlət İmtahan Mərkəzində növbəti GRE: General Test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 2 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE imtahanının mayın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında DİM-in saytındakı linkdə ətraflı tanış olmaq mümkündür.