ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində növbəti GRE: General Test imtahanı təşkil edilib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında növbəti GRE:General Test imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İştirakçılar imtahan nəticələrini ETS-nin saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE imtahanının martın 1-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında DİM-in saytında ətraflı məlumat əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.