ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanları (SAT and SAT with Essay) keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları (SAT and SAT with Essay) keçirilib. İmtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanlarda 35 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabrın 19-da elan olunması gözlənilir. SAT with Essay imtahanının nəticələri isə oktyabrın 22-24-də elan ediləcək.

Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdə əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.