ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzində növbəti TOEFL IBT imtahanı keçiriləcək

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL IBT imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, TOEFL IBT imtahanı Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Saat 9.00-da başlanacaq imtahanda iştirak edəcək şəxslər saat 8.15-dək imtahan binasında olmalıdırlar. İmtahanda iştirak etmək istəyən 15 və daha aşağı yaş qrupuna aid uşaqlar valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL imtahanı haqqında ümumi məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu linkə http://dim.gov.az/activities/exams/toefl/ daxil olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.