ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Ağsu rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 14 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Ağsu rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbulda Ağsu və Göyçay rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Vətəndaşların qəbulu fevralın 20-də saat 11:00-da Ağsu şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində (ünvan: M.Ə.Rəsulzadə küçəsi,174) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Göyçay regional bölməsinə müraciət etmələri (əlaqə tel.: 020 274 66 74) xahiş olunur.

Bundan əlavə, qəbula gəlmək istəyənlər Ağsu və Göyçay rayon Təhsil şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.