ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Gəncədə vətəndaşları qəbul edəcək

Bakı, 28 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncədə vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul dekabrın 6-sı saat 10-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar DİM-in internet saytına http://eservices.dim.gov.az/sedrinqebulu/daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya qurumun Gəncə regional bölməsinə müraciət etməlidirlər.

Bundan əlavə, Göygöl, Samux, Daşkəsən və Gədəbəy rayonlarının təhsil şöbələrində noyabrın 29-dan dekabrın 5-nə kimi (şənbə, bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək qeydiyyat aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.