ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Naftalan şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 6 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul fevralın 15-də saat 11:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək.
Qəbulda Naftalan, Mingəçevir şəhər, Yevlax, Ağdaş, Goranboy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə (Gəncə şəhəri, H.Əliyev meydanı) müraciət etmələri (əlaqə tel.: (022-256-50-67) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər fevralın 7-dən 14-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-ə qədər Naftalan, Mingəçevir, Yevlax, Ağdaş və Goranboy rayon təhsil şöbələrinə də müraciət edib qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.