ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Şəkidə vətəndaşları qəbul edəcək

Bakı, 20 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul iyunun 28-də saat 10:00-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 174) keçiriləcək.

Qəbulda Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonunun sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) doldurmaqla qeydiyyatdan keçmələri və ya qurumun Şəki regional bölməsinə müraciət etmələri xahiş olunur. Bununla yanaşı, qəbula yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının təhsil şöbələrində iyunun 21-dən 27-nə kimi (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.