ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin ekspertləri ilə görüş

Bakı, 14 mart, AZƏRTAC

“BP Azerbaijan” şirkətinin və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan “Ümumtəhsil müəssisələrində informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzində (DİM) martın 14-də ekspert heyəti ilə görüş keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən 10 və 11-ci sinif şagirdləri üçün “İnformatika” fənnindən hazırlanmış dərs vəsaiti, seçilmiş 31 pilot məktəbdə vəsaitin istifadəsi və informatika müəllimləri üçün keçirilmiş təlimlər haqqında məlumat verilib.

İclasın sonunda həmin vəsaitlərə DİM-in ekspertlərinin rəy verməsi ilə bağlı müqavilə imzalanması barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.