ELM VƏ TƏHSİL


Dövlət İqtisad Universiteti: Tələbələr arasında keçirilmiş futbol çempionatının qalibləri müəyyən olundu

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilən “UNEC THİK CUP 2021” tələbələrarası futbol çempionatının qalibləri müəyyən olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, I yerə “UNEC uşaqları” komandası, II yerə “Elite” komandası, III yerə isə “Dominators” komandası layiq görülüb.

Qalib komandanın üzvlərinə kubok, diplom, pul mükafatı və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.