ELM VƏ TƏHSİL


Dövlət İqtisad Universitetinin YAP fəalları qazi tələbə və məzunlarla görüşüb

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yeni Azərbaycan Partiyası (YAP) fəallarının məzun və tələbə qaziləri ilə görüşü keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, iqtisadi məsələlər üzrə prorektor dosent Mikayıl Zeynalov ötən əsrin 90-cı illərini təhlil edərək, ölkəmiz və xalqımız üçün taleyüklü məsələlərin həllində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Prorektor Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi işlərin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunduğunu bildirib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyulduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdıran prorektor, bu tarixi zəfəri qazanan xalqımızın bütün dünyaya Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Tədbirdə iştirak edən UNEC-in qazi tələbə və məzunları Ağaəli Quliyev, Elvin Quliyev, İmran Məmmədov, Kamran İbrahimli, Mirhəsən Dadaşov müharibə ilə bağlı xatirələrini bölüşüb, dövlətin qazilərə dəstəyindən danışıblar.

UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıb. Bu zəfəri yaşadanların hər zaman qürur yerimiz olacağını diqqətə çatdırıb.

Sonra qazilər Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv olan tələbələrə üzvlük vəsiqələrini təqdim ediblər.

Sonda 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər Günü” videoçarxı nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.