ELM VƏ TƏHSİL
Dövlət İqtisad Universitetinin baza məktəbi yaradılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) baza məktəbi yaradılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərindəki H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin 2016/2017-ci tədris ilindən etibarən UNEC-in baza məktəbi hesab edilməsinə dair əmr imzalayıb.
Məqsəd müasir dövrdə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələrinin əməkdaşlığını möhkəmləndirmək, təhsil proqramlarının varisliyini təmin etməkdir. Eyni zamanda, istedadlı şagirdlərin potensial imkanlarının inkişafında ali məktəblərin müəllimlərinin rolunu yüksəltmək və gələcəkdə iqtisadiyyatın müxtəlif sahələri üzrə peşəkar səviyyəli kadrların hazırlanmasına dəstək göstərməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]