CƏMİYYƏT


Dövlət Komissiyası: Əsgər Bəhruz Cəlilbəylinin meyitinin qaytarılması üçün müvafiq tədbirlər görülür

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 23-də Ermənistan–Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində tapılan və 2017-ci il sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistan ilə sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

Hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir.

Komissiyadan AZƏRTAC-a bildiriblər ki, bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.