CƏMİYYƏT


Dövlət Komitəsi: Nərimanov rayonundakı qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşan ailələrin müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparılır

Bakı, 12 noyabr, AZƏRTAC

“Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6” ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsinin noyabrın 11-də çökməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar və hazırda həmin yataqxanada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətinin məlumatında bildirilir.

“Məlum olub ki, binanın dam örtüyünün çökən hissəsindəki yaşayış sahəsində məskunlaşmış şəxs əslən Cəbrayıl rayonundandır, lakin məcburi köçkün deyildir. Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.