CƏMİYYƏT
Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlayır
Bakı, 26 oktyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşüblər.
Videolayihə əsasında çəkilişlər davam etdirilir. Növbəti videoçarxda Xocavənd rayonunun Hadrut qəsəbə sakini Ümidə Həsənova təəssüratlarını bölüşüb.