SİYASƏT


Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

Bakı, 25 iyun, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlər məsələsinin qlobal problemə çevrildiyini vurğulayıb, Azərbaycanın da 30 ildir bu problemlə üz-üzə qaldığını, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşdüyünü xatırladıb. Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin prioritetlərindən biri kimi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə irihəcmli proqramlar icra edilir. Ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Dövlət Komitəsinin sədri BMqT-nin Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı icra etdiyi layihələrə görə təşəkkür edib.

Serhan Aktoprak Azərbaycanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı atdığı addımları yüksək qiymətləndirib. Vurğulayıb ki, BMqT Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin iştirakçısı olmaqdan məmnunluq duyur.

Görüşdə Dövlət Komitəsi ilə BMqT arasında mövcud və gələcək tərəfdaşlıq məsələləri, qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.