CƏMİYYƏT


Dövlət Komitəsində görüş keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Xilaskar” Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, icmanın pastoru Lemke Qothard Günter Valter ilə görüşüb.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, icmanın fəaliyyətinə dair bir sıra məsələlərin müzakirə olunduğu görüşdə, eyni zamanda, keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin icmanın fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri izah edilərək qaldırılan məsələnin həllinə dəstək göstəriləcəyi diqqətə çatdırılıb.

İcma üzvləri sonda Azərbaycanda dini icmaların, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.