CƏMİYYƏT


Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri görüşdə iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, statusun verilməsi, kommunal xidmətlər, məşğulluq və digər məsələlərlə əlaqəli olub.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını və məşğulluğunun təmin edilməsini daim diqqətdə saxlayır. Bunun nəticəsidir ki, məcburi köçkünlərlə bağlı məsələ ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıq verib və onun icrasına şəxsən nəzarət edir.

Məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb.

Komitə sədri müraciətləri diqqətlə dinləyib, məsələlərlə bağlı şöbə və departamentlərə tapşırıq verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.