CƏMİYYƏT


Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərlə görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlər mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinətin verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin diqqətindədir. Dövlətimizin başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlərlə işin sürətləndirilməsi ilə bağlı verdiyi tapşırığın icrasına nəzarət edir. Bildirilib ki, məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması mərhələli şəkildə aparılır. Ən çətin şəraitdə yaşayan məcburi köçkünlər ilk olaraq yeni yaşayış sahələrinə köçürülür.

Məcburi köçkünlər fərdi şəkildə qəbul edilib, müraciətləri qeydə alınıb.

Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.