CƏMİYYƏT


Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib. Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Komitə sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin çoxsaylı müraciətləri, əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Bakı şəhərində müvəqqəti məskunlaşan və mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, hazırda ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.