CƏMİYYƏT


Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərlərinin iştirak etdiyi görüşdə Bakı şəhəri və digər bölgələrdən gələn məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Müraciətlər, əsasən, mənzil-məişət, kommunal, statusun verilməsi və məşğulluqla bağlı olub.

Komitə sədri onları fərdi qaydada dinləyib, müraciətləri ilə bağlı geniş izahat verilib.

Məcburi köçkünlərə məlumat verilib ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar müvəqqəti yaşayış yerləri və çadır düşərgələrindən müasir, bütün zəruri infrastrukturu qurulmuş qəsəbələrə köçürülüblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edildikdən sonra bu cür qəsəbələr həmin ərazilərimizdə də salınacaq.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.