SİYASƏT


Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları iştirak ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən fərdi qaydada qəbul ediliblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin edilməsini və maddi rifahının yüksəldilməsini diqqət mərkəzində saxlayır. Bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həlli sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müharibədən zərər çəkən insanların, o cümlədən məcburi köçkünlərin daim qayğısına qalır, onların mənzil, təhsil, sağlamlıq problemlərinin həlli üçün mühüm işlər görür.

Dövlət Komitəsində vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.