SİYASƏT


Dövlət Komitəsində növbəti dəfə məcburi köçkünlər qəbul edilib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil problemi, kommunal xidmətlər, statusun verilməsi, işəgötürmə ilə bağlı olub. Vətəndaşlar ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb.

Sədr Rövşən Rzayev müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.