CƏMİYYƏT


Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş olub. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları vətəndaşları qəbul ediblər.

Qəbula gələnlərin əksəriyyəti, həmişəki kimi, əsasən məcburi köçkün vətəndaşlar olublar. Onlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məcburi köçkün statusunun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşlara bildirilib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların normal şəraitlə təmin edilməsini mühüm vəzifə kimi qarşıya qoyub. İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb. Bu məqsədlə yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Həyata keçirilən tədbirlər onu göstərir ki, heç bir məcburi köçkün ailəsi dövlətin diqqət və qayğısından kənarda qalmayacaq.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıtda ən ağır şəraitdə, qəzalı vəziyyətdə olan bina və tikililərdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrası uğurla davam etdirilir. Yeni ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Məcburi köçkünlərin müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.