CƏMİYYƏT


Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Bakı, 16 mart, AZƏRTAC

Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları iştirak ediblər.

Əvvəlcədən qəbula yazılmış vətəndaşlar Dövlət Komitəsinin sədri tərəfindən fərdi qaydada qəbul ediliblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar məsələləri sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə yaşayış binalarının tikintisi davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müharibədən zərər çəkən insanların, o cümlədən məcburi köçkünlərin daim qayğısına qalır, onların mənzil, təhsil, sağlamlıq problemlərinin həlli üçün mühüm işlər görür.

Dövlət Komitəsində qəbulda olan vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.