CƏMİYYƏT


Dövlət Komitəsinin bölgələrdəki nümayəndəliklərində də şəhidlərin xatirəsi yad edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bölgələrdəki nümayəndəliklərində 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbirlər keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndəliklərin əməkdaşları yerlərdəki şəhid məzarlarını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə ağaclar əkiblər.

Tədbirlər zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən, igid hərbçilərimizin hünər və cəsarətindən bəhs olunub. Qeyd edilib ki, erməni faşizmi üzərində Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaradıb və bu prosesin tezləşdirilməsi üçün zəruri tədbirlər görülür.

Məcburi köçkünlər onlara qələbə sevinci və qüruru yaşadan şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirib, onlara Allahdan rəhmət diləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.