MƏDƏNİYYƏT


Dövlət Komitəsinin dəstəyi ilə “Qarabağnamə - tarixin səhifələri” adlı kitab işıq üzü görüb

Bakı, 2 iyun, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tanınmış miniatür-rəssam, illüstrator, Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı kitab-kataloqu işıq üzü görüb. Kataloqda yer alan hər bir əsər yüksək bədii dəyərə malik olmaqla mühüm tarixi əhəmiyyət daşıyır.

Komitədən AZƏRTAC-a bildirilib ki, “Qarabağnamə - tarixin səhifələri” adlı kitabda əbədi və əzəli torpaqlarımızı, mədəniyyətimizi özündə əks etdirən 45 tabloda rəssam qədim Albaniya dövründən Xocalı faciəsi, Qarabağ Zəfərinədək bütün tariximizə işıq salıb. “Qarabağnamə” silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Ağ-qara cizgilərlə işlənmiş tablolarda, həmçinin bir sıra tarixi şəxsiyyətlərin - əfsanəvi generallar, xanəndə və aşıqlar, rus zadəganların portretləri və memarlıq abidələri əks olunub.

Kitabda əsərlərin hər biri haqqında Azərbaycan və ingilis dillərində məlumat xarakterli kiçik mətnlər də yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.