CƏMİYYƏT


Dövlət Komitəsinin əməkdaşları mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində(QMKİDK) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, maarifləndirmə tədbirinə Dövlət Komitəsi Aparatının və tabe qurumların xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar işğaldan azad edilmiş ərazilərə vaxtaşırı ezamiyyətə gedən 25 nəfər əməkdaşı cəlb olunub.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi ərazilərdə intensiv şəkildə minatəmizləmə əməliyyatlarının aparıldığı, bərpa-quruculuq işlərinin genişləndirildiyi, Böyük Qayıdışa hazırlıq görüldüyü bildirilib. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalaması Qarabağa geri dönəcək və ya icazəsiz səfər edəcək vətəndaşların həyatı üçün təhlükə yaradır.

Təlimçilər təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə ətraflı məlumat veriblər. Eləcə də müxtəlif növ mina və sursatların, əldəqayırma partlayıcı qurğuların vizual tanınması üçün maketlər nümayiş etdiriblər.

Təlimin sonunda Dövlət Komitəsinin əməkdaşlarına təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları və müvafiq sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.