SİYASƏT


Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

Tbilisi, 18 may, AZRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin (ADİDK) sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti bu gün Tbilisidə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib.

Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nümayəndə heyətinə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov, Komitənin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov də digər şəxslər daxildir.

Mayın 22-dək davam edəcək səfər çərçivəsində Gürcüstanın dövlət qurumlarında, Marneuli və Qardabanidə yaşayan soydaşlarımızla görüşlər keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.