CƏMİYYƏT
Dövlət Komitəsinin rəhbərliyi şəhər və rayonlarda vətəndaşları qəbul edəcək
Bakı, 15 yanvar, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul yanvarın 21-də saat 11:00-da Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11:00-da vətəndaşların müraciətlərini dinləyəcək.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov yanvarın 16-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11:00-da şəhər sakinlərini qəbul edəcək. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı isə yanvarın 23-də saat 11:00-da Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüşəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin Sumqayıt, Şirvan və Quba bölgəsi üzrə şöbələrinə müraciət etmələri xahiş olunur. Əlaqə vasitələri: Sumqayıt bölgəsi üzrə şöbə- (070) 275-88-33, (018) 654-00-40, Şirvan bölgəsi üzrə şöbə- (070) 220-00-20, Quba bölgəsi üzrə şöbə- (050) 722-91-25, Elektron poçt ünvanları: [email protected], [email protected], [email protected],[email protected], [email protected].