CƏMİYYƏT


Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 21-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbulda Goranboyda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir. Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Dövlət Komitəsi sədrinin müavini Sabir Əhmədov isə Yevlax şəhərində vətəndaşları qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.