ELM VƏ TƏHSİL


Dövlət Komitəsinin sədri Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Tbilisi, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 14-də SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş ofisində bu ölkənin universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə bu ölkədə yaşayan azərbaycanlıların təhsil məsələləri, onların yerli cəmiyyətə, Avropaya inteqrasiyası, ana dili ilə yanaşı, dövlət dili və xarici dilləri də öyrənmələrinin vacibliyi və digər məsələlər müzakirə olunub.

Fuad Muradov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, təhsilə göstərilən diqqət, gənclərin başqa dövlətlərdə təhsil məsələləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə də diqqət və qayğı ilə yanaşır. Onların təhsil problemlərinin həlli ilə bağlı müəyyən addımlar atılır, proqram və layihələr həyata keçirilir.

Tələbələr onları maraqlandıran məsələlər barədə komitə sədrinə müraciət ediblər.

Fuad Muradov qaldırılan məsələlərə aydınlıq gətirib.

Sonda təhsildə fərqlənən 10 tələbəyə kompüter hədiyyə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.