CƏMİYYƏT


Dövlət Komitəsinin sədri Salyanda vətəndaşların müraciətlərini dinləyib

Dövlət Komitəsinin sədri Salyanda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 10 mart, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayonundakı Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Ağcabədi və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Qəbulda vətəndaşların ərizə, müraciət və təkliflərinə baxılıb. Vətəndaşlar əlilliyi olan şəxsin mənzil və məişət probleminin həllinə köməklik göstərilməsi, işlə təmin olunma, şəhid ailələrində qadınların ictimai fəallığa cəlb olunması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, ailələr boşandıqdan sonra uşaqlarla ünsiyyətin bərpası və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.