REGİONLAR


Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib

Bakı, 18 iyun, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyunun 17-də Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

DQİDK-dən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan öncə Komitə sədri Mübariz Qurbanlı və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.